Saytımızı qiymətləndirin


 
 

“Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular
Tarix: 17-11-2021 | Saat: 10:40
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular
Hesablama Palatası "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb. 
Qarabaginfo.az xəbər verir ki, başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.
Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb. 
Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:
"QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, 2014-cü ildən "Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib. 
“Bakı Metropoliteni”ndə ciddi yoxlamalar - Zaur Hüseynovun qurumunda pozuntular(Qaynarinfo)


Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər