Saytımızı qiymətləndirin


 
 

Müdafiə Nazirliyi Kəlbəcərdəki son vəziyyətlə bağlı məlumat yaydı
Tarix: 14-11-2021 | Saat: 15:27
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Müdafiə Nazirliyi Kəlbəcərdəki son vəziyyətlə bağlı məlumat yaydı 

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki  qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.

Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər