Saytımızı qiymətləndirin


 
 

Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 14-11-2021 | Saat: 12:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər