Tarix: 12-11-2021 | Saat: 10:14
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində Quba rayonunda sahibkarlarla növbəti dəfə görüş keçirilib.
Qarabaginfo.az "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, görüşdə İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, qurumun digər məsul şəxsləri, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Sahibkarları maraqlandıran bütün suallara yerindəcə aydınlıq gətirilib. Çıxış edən sahibkarlar "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik olunmalarını xahiş ediblər. "Səyyar qəbul otağı" sahibkarlarla yanaşı, Quba rayonunun ayrı-ayrı kəndlərindən bu ünvana üz tutan vətəndaşların da ixtiyarında olub. Kənd sakinləri qazlaşmayan bir sıra yeni yaşayış massivlərinin, genişlənən ərazilərin və bəzi kəndlərin qazlaşmasını xahiş ediblər. Bütün müraciətlər qeydə alınaraq "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə təqdim olunacaq.
Bu aksiya sayca 28-ci, sahibkarlarla isə sayca 8-ci görüşdür.
Digər xəbərlər