Saytımızı qiymətləndirin


 
 

Paşinyan Azərbaycan toponimlərini səsləndirdiyinə görə erməniləri QƏZƏBLƏNDİRDİ
Tarix: 11-11-2021 | Saat: 14:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyanın Gorus-Qafan yolundakı vəziyyətdən danışarkən “Eyvazlı və Çayzəmi” (Qubadlı rayonunun Eyvazlı kəndi və Çayzəmi ərazisi) toponimlərini səsləndirməsi erməni müxalifətinin ciddi etirazı ilə qarşılanıb.

Qarabaqinfo.az-ın məlumatına görə, Nikol Paşinyan noyabrın 11-də hökumətin iclasında çıxış edərkən Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Azərbaycan ərazisi olduğunu bir daha rəsmən etiraf edib.
“Bildiyiniz kimi, Azərbaycan 2021-ci ilin avqust ayından Gorus –Qafan avtomobil yolunun öz ərazisindən keçən Eyvazlı-Çayzəmi hissəsində İran yük maşınlarından gömrük ödənişi alır”,-deyə baş nazir bildirib.
Ermənistan müxalifəti Paşinyanı niyə Gorus-Qafan yolunun həmin hissəsini inadla “Eyvazlı-Çayzəmi” adlandırmasına irad tutub. Əlehdarları baş naziri Azərbaycan toponimlərindən istifadədə ittiham edərək, həmin yerləri hələ də Ermənistan torpağı saydıqlanı vurğulayıblar.
Qeyd edək ki, Paşinyan bununla ikinci dəfədir ki, Gorus-Qafan yolundan danışarkən “Eyvazlı-Çayzəmi” sözünü işlədir.
Yeri gəlmişkən, N.Paşinyanın sözlərinə görə, dünən Azərbaycandan qeyri-rəsmi bildiriş gəlib ki, noyabrın 11-dən etibarən Gorus-Qafan yolunun “Eyvazlı-Çayzəmi”hissəsində Ermənistan vətəndaşları və Ermənistan mallarına da gömrük və pasport nəzarəti həyata keçiriləcək.
Xatırladaq ki, Gorus-Qafan yolu iki yerdə Azərbaycan ərazisinə daxil olur və çıxır. Yolun Azərbaycan ərazisinə düşən hissəsi 21 kilometrə yaxındır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun həmin əraziyə nəzarəti ələ alması ermənilərin etirazı ilə qarşılansa da, düşmən tərəf heç nəyə nail ola bilməyib.
Hazırda Azərbaycan tərəfinin Gorus-Qafan yolunun sözügedən hissəsində gömrük məntəqəsi tikdiyi bildirilir.



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər