Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva: Alyaska sammitindən sonra Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib
Tarix: 21-10-2025 | Saat: 14:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

 

 

Alyaska sammitindən sonra Rusiyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, bu gün CNN-in Putin-Tramp görüşünün təxirə salına biləcəyi barədə məlumat yaydığını öyrənəndə təəccübləndiyini qeyd edib.

"Çünki Rubio ilə dünənki söhbətimizdən sonra oxudum ki, Amerika rəsmiləri Rusiyanın mövqeyinin o vaxtdan bəri faktiki olaraq dəyişməz qaldığı və onun ilkin maksimalist tələbləri çərçivəsində olduğu qənaətinə gəliblər. Bəzi Qərb KİV-lərinin vicdansızlığı hamıya məlumdur. CNN də istisna deyil. Onlar ciddi analitik işlərlə məşğul olmurlar. Mən rəsmən təsdiqləmək istəyirəm ki, Putin və Trampın Alyaskada apardığı uzunmüddətli danışıqlar zamanı əldə olunan anlaşmalarla müqayisədə Rusiya mövqeyini dəyişməyib. Bu anlaşmalar o vaxt əldə edilmiş razılaşmalara əsaslanır", - Lavrov vurğulayıb.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər