Rusiya Xocalıda pravoslav kilsəsi də açdı…-İcazə vermişikmi?..-FOTOLAR+VİDEO
Tarix: 11-11-2021 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1415 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-11-2021 | Saat: 10:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Dünən - noyabrın 10-da Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki hava limanı yaxınlığında 1 il öncə torpaqlarımıza yeridilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi birləşməsinə məxsus hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi də açılıb.

Qarabaginfo.az xəbər verir ki, "TASS"ın yaydığı məllumata görə, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak ediblər.
“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov belə deyib.
Xatırladaq ki, dünən eyni məkanda təntənəli açılışı olmuş “Rusiya Şöhrət xiyabanı” kimi(bax: //moderator.az/qarabagh/400841/rusiya-xocalida-10-meshuruna-abide-qoydu-emlak-komitesinden-icaze-aldimi-foto/, sözügedən kilsənin də tikintisinə də rəsmi Bakının icazəsinin olub-olmadığı barədə məlumat yoxdur. Həmçinin ibadətgahın kimin tabeliyində olacağı da müəmmalı məsələdir...
28 il öncə ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı Rusiyanın 366-cı alayının dəstəyi ilə kütləvi soyqırım həyata keçirilmiş Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsinin lap hökumətimizin icazəsi olsa belə, yenə də mənəvi baxımdan doğrudurmu?.. (moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
4-02-2026, 19:46
Si Cinpin Putindən sonra Trampla telefon danışığı aparıb
23-11-2024, 16:02
Azərbaycan Ordusunda neqativ hallara qarşı ciddi tədbirlər görülüb
16-12-2025, 11:45
Əli Əhmədov: Yeni çağırışlar həmkarlar təşkilatlarının yenilənməsini ciddi şəkildə tələb edəcək
11-12-2020, 15:24
Gürcüstan hökuməti istefa verdi
9-09-2021, 22:33
Ermənistan Türkiyə ilə danışıqlara başladı - Rəsmi açıqlama
15-09-2022, 20:23
“ Mən şəhid oğlumla fəxr edirəm!" - Rəna İbrahimova yazır
29-07-2025, 10:50
KİV: Netanyahu nazirlərə Qəzzanın ilhaqı ilə bağlı plan təklif edib
29-05-2020, 16:45
Prezident İlham Əliyev xorvatiyalı həmkarını təbrik edib
20-09-2017, 16:37
Nadir Qafarzadə rayon toylarını bəyənmədi:"Mən şəhər oxuyanıyam"


















