Ana Sayfa > Karusel / Qarabağ > Rusiya Xocalıda pravoslav kilsəsi də açdı…-İcazə vermişikmi?..-FOTOLAR+VİDEO

Rusiya Xocalıda pravoslav kilsəsi də açdı…-İcazə vermişikmi?..-FOTOLAR+VİDEO


11-11-2021, 10:44. Yazar: Admin
Rusiya Xocalıda pravoslav kilsəsi də açdı…-İcazə vermişikmi?..-FOTOLAR+VİDEO
Dünən - noyabrın 10-da  Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki hava limanı yaxınlığında 1 il öncə torpaqlarımıza yeridilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi birləşməsinə məxsus hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi də açılıb.
Qarabaginfo.az xəbər verir ki, "TASS"ın yaydığı məllumata görə, açılış mərasimində Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı sayılan kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak ediblər.
 
“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov belə  deyib.
 
Xatırladaq  ki,  dünən eyni məkanda təntənəli açılışı olmuş “Rusiya Şöhrət xiyabanı” kimi(bax: //moderator.az/qarabagh/400841/rusiya-xocalida-10-meshuruna-abide-qoydu-emlak-komitesinden-icaze-aldimi-foto/, sözügedən kilsənin də tikintisinə də rəsmi Bakının icazəsinin olub-olmadığı barədə məlumat yoxdur.  Həmçinin ibadətgahın kimin tabeliyində olacağı da müəmmalı məsələdir...
 
28 il öncə ermənilər tərəfindən  Azərbaycan vətəndaşlarına qarşı Rusiyanın 366-cı alayının dəstəyi ilə kütləvi soyqırım həyata keçirilmiş Xocalı rayonu ərazisində xristian pravoslav kilsəsinin lap hökumətimizin icazəsi olsa belə, yenə də mənəvi baxımdan doğrudurmu?.. (moderator.az)

Geri dön