Saytımızı qiymətləndirin


 
 

Tural Abbaslı: “Milli mövzularda iqtidar-müxalifət məsələsi yoxdur, "sənin bayramın", "mənim bayramım" anlayışları olmalı deyil"
Tarix: 09-11-2021 | Saat: 15:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Zəfər Günü müxalifətə və ya iqtidara məxsus deyil, xalqın, dövlətin bayramıdır. Bayramları xalq və dövlət birgə qeyd edir. Burada "sənin bayramın", "mənim bayramım" anlayışları olmalı deyil. Çünki Zəfər bizim minlərlə şəhidimizin qanı, qazilərin sağlamlığı, veteranların şücaəti bahasına qazanılıb. Nəticədə, ərazilərimizi işğaldan azad edib qalib xalqa çevrilmişik. Postda kim olursa, olsun bu, xalqın qələbəsidir. Sadəcə olaraq, taleyin qisməti və ya zamanın gətirdiyi şans idi ki, Zəfər hazırkı iqtidarın dönəminə təsadüf edib. İndi bu şanlı qələbədə onların da adı qeyd olunacaq".

 

Qarabaginfo.az-ın xəbərinə görə, Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

Partiya sədri bildirib ki, Zəfərin qazanılmasında hər bir vətəndaşın payı var: "Bu gün tutduğu statusa görə Ali Baş Komandan İlham Əliyevdən tutmuş, sadə vətəndaşa, müxalifət partiyasından tutmuş hansısa ucqar kənddə yaşayan kəndliyə qədər hər kəsin rolu var. Ona görə də Zəfər Günü təbriklərində müxalifət-iqtidar qarşıdurmasının yaranmasının tərəfdarı deyiləm. Hər bir partiya özü atdığı addıma cavabdehdir. Yəni, heç bir partiya digərinin qarşısında hesabat verməyə məcbur deyil. Partiyalar yalnız öz üzvlərinə hesabat verə bilərlər. Daha doğrusu bəyanat verilərkən seçicilərin fikirlərinə hesablanmış hesabatlar verilir. Ağ Partiya olaraq düşünürük ki, milli mövzularda iqtidar-müxalifət məsələsi yoxdur. Milli məsələlərdə və dövlət təhlükəsizliyi mövzusunda ayrı-seçkilik ola bilməz. Ona görə də bizim üçün bu gün Ali Baş Komandan postunda kimin olmasının fərqi yoxdur. Qeyrisi də olsa təbrik edəcəkdik. Məncə, bu məsələləri iqtidar-müxalifət davasına çevirmək doğru deyil".

 



Xəbəri paylaş

309 dəfə oxunub.

Digər xəbərlər