Tarix: 09-11-2021 | Saat: 13:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, ərazi bütövlüyümüz bərpa olundu”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.
“Bu 44 gün ərzində Türkiyənin hərbi-siyasi rəhbərliyi daima Azərbaycanın yanında idi, ölkəmizə siyasi və mənəvi dəstək göstərdi, bütün xaricdən diplomatik hücumların qarşısını alınmasında böyük dəstək verdi. Azərbaycan Ordusu Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirdi. Azərbaycan Ordusunun əksər şəxsiyyətinin hazırlığı Türkiyə Ssilahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzlərində həyata keçirilirdi. Bildiyimiz kimi, Türkiyə dünyanın ən güclü ordularından biridir. Millətimiz, dinimiz, dilimiz və mədəniyyətimiz bir olaraq, biz bu şansdan istifadə edib Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və indi də davam edirik. Yeri gəlmişkən deyim ki, mən özüm çox şeyi hörmətli generallardan və burada əyləşənlərdən öyrənirəm”, - Z.Həsənov bildirib.
Digər xəbərlər