Tarix: 06-11-2021 | Saat: 09:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
5 noyabr 2021-ci ildə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Zəfər Günü” mövzusunda videkonfrans formatında tədbir keçirib. Tədbirdə YAP Laçın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov çıxış edərək bildirib ki, 44 gün davam edən Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti ilə 30 illik həsrətə son qoyuldu:“Ədalət qalib gəldi, ərazimiz bütövləşdi, Qarabağ Azərbaycanımıza qovuşdu. Bütün şəhidlərimizin qanı yerdə qalmadı. Bir sözlə, haqqın öz yerini tapdığı Zəfər Günü bizə qismət oldu. Bu gün müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki Qarabağ məsələsi Ümummilli Liderin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyev tərəfindən öz həllini tapıb. Qarabağ Azərbaycandır!”.
Daha sonra YAP Laçın rayon təşkilatının fəalları Zəfər Günü ilə bağlı öz təəssüratlarını bölüşüb, 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin, qazilərimizin qəhrəmanlığından, torpaqlarımızın işğaldan azad edilməsi üçün xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs ediblər.
Digər xəbərlər