Tarix: 06-03-2022 | Saat: 23:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiyanın Ukraynaya hücumundan sonra üzləşdiyi beynəlxalq Xankəndidə azan səsi: Bakı Qarabağda nəyə hazırlaşır? təzyiq Moskvanı sərhədlərində vəziyyəti nəzarətə almağa məcbur edir. Putinin “xəbərdarlığı” da bunXankəndidə azan səsi: Bakı Qarabağda nəyə hazırlaşır? a hesablanmışdı, lakin ruslar anlayır ki, bu prosesdə qonşu ölkələrin neytrallığını təmin etmək üçün təkcə təhdid kifayət etmir: müəyyən məsələlərdə özü də neytrallıq nümayiş etdirməlidir;
Qarabağdakı ermənilərə azan səsi və Azərbaycan musiqisinin dinlədilməsi, separatçı-terrorçuların təxribat atəşi açması bu kontekstdə diqqət çəkir. Və mümkündür ki, Bakı bölgədəki silahlı terrorçuların təmizlənməsi, üçtərəfli razılaşmada dalana dirənmiş bəndlərin icrasının təmin edilməsi üçün yaranmış şəraitdən istifadə etsin.
Separatçıların “qoruyucusu” kimi çıxış edən Moskva indiki halda neytral mövqe sərgiləyə bilər. Çünki:
a) ABŞ-NATO-nun bölgədə Gürcüstan üzərindən ikinci cəbhə açmaq istəyəcəyi mümkündür;
b) Aİ-ə sədrlik edən Fransa Ermənistan üzərindən Rusiyanın mövqelərini zəiflətmək üçün müəyyən addımlar ata bilər;
Bu risklərə qarşı Rusiya Cənubi Qafqazda onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını sürətləndirməli, bölgənin siyasi arxitekturasının qurulması planının dəyişməsinə imkan verməməlidir.
Üçtərəfli razılaşmların – 10 noyabr, 11 yanvar və 26 noyabr – icrasında əsas problem 10 noyabr razılaşması, xüsusilə 4-cü bənd – silahlı ermənilərin çıxarılmasıdır. Bu, həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası üçün də vacibdir: bir ölkənin silahlı dəstəsi başqa bir ölkənin sərhədləri daxilində olduğu müddətdə həmin ölkələr arasında sərhədin müəyyən edilməsi, o cümlədən, nəqliyyat əlaqələrinin bərpası hüquqi baxımdan mümkün deyil;
Lakin Qarabağ üzərindən bölgəyə dair planları olan, ən azı bu kartdan Bakıya qarşı siyasi rıçaq kimi istifadə edən Rusiya üçün erməni qoşunlarının çıxarılması, yaxud separatçıların təmizlənməsi prosesinin səssiz baş verməsi imic baxımdan sərfəli deyil: həm Qarabağdakı, həm də Ermənistandakı ermənilərin “Rusiya himayəsi” streotipinə zərər vurmaq istəmir;
Moskva dilemma qarşısında qalmış kimi də görünür: bir tərəfdə imici, digər tərəfdə bölgədəki strateji maraqlarına xidmət edən razılaşmaların icrası;
Bu baxımdan, erməni qoşunların çıxarılması, yaxud separatizmin ləğvi kimi məsələlərə zərurət yaradacaq “məcburetmə” addımları atılmalıdır: separatçıların keçirdiyi aksiya və terrorçuların təxribat atəşləri, eləcə də erməni terrorçuların postlar qurması bu addımlar üçün ciddi əsaslar yaradır; Bakının Xankəndi istiqamətində azan səsi və milli musiqilərimizi səsləndirməsi isə hədəfin daha böyük – separatizmin ləğvi olması kimi – olduğu fikrini önə çıxarır; Rusiya ilə imzalanan bəyannamə də bu məsələdə əlimizi gücləndirə bilər;
Hadisələrin inkişafına Ukraynadakı müharibə də təsir edir. Rusiya mövcud vəziyyətdə müharibənin gedişatını, həmçinin, Qərb cəbhəsinin ata biləcəyi addımları tam proqnozlaşdıra bilmir. Və Qərb bloku ilə kəskin qarşıdurmada olduğu vaxt Türkiyə və Azərbaycanın ən azı balanslı mövqeyi onun üçün əhəmiyyətlidir.
Digər xəbərlər