Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu
Tarix: 04-11-2021 | Saat: 22:54
Bölmə:Karusel / Hadisə | çapa göndər
1353 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-11-2021 | Saat: 22:54
Bölmə:Karusel / Hadisə | çapa göndər
Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatında deyilir.
Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Xəbəri paylaş
Digər xəbərlər
5-09-2024, 17:46
Harris Trampla debatda qapalı mikrofon qaydası ilə razılaşıb
20-11-2024, 17:17
Yeni təyin olunmuş hakimlər and içiblər
19-09-2024, 15:36
Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
22-11-2022, 16:53
Daha iki nəfər koronavirusdan ÖLDÜ
10-02-2022, 10:38
Azərbaycan nefti bahalaşdı: 100 dollara çatır
3-08-2022, 12:26
Bəşər Əsəddən Çinə dəstək
16-09-2021, 16:10
“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib - VİDEO
4-08-2021, 10:28
Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

















