Saytımızı qiymətləndirin


 
 

Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi davam edir
Tarix: 04-11-2021 | Saat: 17:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir, maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.

Qəbul edilmiş qərarın hərtərəfli təminatının təşkili üzrə qərargahlar tərəfindən plan və əlavələrin xəritəyə işlənilməsi, aidiyyəti üzrə əmr və sərəncamların müasir texniki vasitələr üzərindən bölmələrə göndərilməsi məşq etdirilir.

Təlimin növbəti mərhələsi kompüter üzərində və praktiki fəaliyyətlərin icrası ilə davam edəcək.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər
22-11-2021, 15:47 XİN məlumat yayıb