Saytımızı qiymətləndirin


 
 

Türkiyənin sabiq xarici işlər naziri: “Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır”
Tarix: 04-11-2021 | Saat: 16:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Çətin

 

“Hazırda əsas məsələ Cənubi Qafqazda sülhün, barışın, sabitliyin bərpa edilməsidir”.

Qarabaginfo.az cəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin deyib.

H. Çətin bildirib ki, bu məsəldə problem və buna cavab verməli olan Ermənistandır: “Prezident İlham Əliyev dəfələrlə sülhə çağırış səsləndirdi, sülhün necə mümkün olacağına aydınlıq gətirdi. Artıq Ermənistanın revanş cəhdlərindən əl çəkməsi lazımdır. Bu mövzunun bundan sonra müharibə ilə həll ediləsi bir tərəfi qalmayıb. Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə ortaq sülhə gəlməlidir. Regional işbirliyinə ehtiyac var. Bölgədə Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı əhatə edəcək işbirliyinə ehtiyac var. Artıq savaşa, silahlara deyil, insanların rifahına uyğun addımlar atılmalıdır. Bu mövzuda Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır. Müharibə bitib, bundan sonra ən yaxşı şərtlərlə sülhün bərqərar olmasına ehtiyac var”.(Apa)



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər