Saytımızı qiymətləndirin


 
 

“Qarabağ Azərbaycandır!” adlı konsert keçirildi - Fotolar
Tarix: 03-11-2021 | Saat: 17:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağ Azərbaycandır!” adlı konsert keçirildi

 

Noyabrın 2-də Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert proqramının açılışı olub.

Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilə məlumata görə, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, müdafiə sənayesi naziri Mədət Quliyev, digər dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, tanınmış elm, mədəniyyət xadimləri, Vətən müharibəsi qaziləri, musiqisevərlər iştirak edib.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, xalqımız tariximizin ən şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 10-dək şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə Zəfər tədbirlərinin təşkil ediləcəyini bildirən Anar Kərimov konsertin onlardan birincisi olduğunu diqqətə çatdırıb. Anar Kərimov çıxışının sonunda Zəfər Günü münasibətilə xalqımızı təbrik edib.

Daha sonra konsert proqramı təqdim olunub.

Zəfər ruhlu musiqi layihələri paytaxtın müxtəlif teatr-konsert müəssisələrində noyabrın 10-dək davam edəcək.

 





 



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər