Tarix: 03-11-2021 | Saat: 13:44
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın Səsi” adlı Milli musiqi axşamı keçiriləcək.
Qarabaqinfo.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr tarixlərində baş tutacaq.
Qələbə notlarına köklənmiş proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası, “4.4” Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsi!” milli musiqi axşamı, “Jazz says Victory” adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Cavad xan” baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.
Əlamətdar hadisələrdən biri isə Mədəniyyət Nazirliyinin dəstəyi şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qaliblərinin Zəfər Günü ərəfəsində elan olunması ilə bağlıdır.
Digər xəbərlər