Saytımızı qiymətləndirin


 
 

İranda deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə veriblər
Tarix: 02-11-2021 | Saat: 17:04
Bölmə:Karusel / Region | çapa göndər

 

İranda deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə veriblər
Həsən Ruhani

İranın keçmiş Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi hökumətin koronavirus əleyhinə mübarizəni pis aparmasına dair parlamentə sorğu verilib.

Qarabaginfo.az xəbər verir ki, məlumatı İran parlamentinin orqanı olan “İCANA” agentliyi yayıb.

Bildirilib ki, parlamentin Səhiyyə Komissiyasının məsələ ilə bağlı hazırladığı hesabat qanunverici orqana təqdim edilib. Həsən Ruhaninin prezidentliyi dövründə pandemiyaya qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat 235 deputatın 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.

Hesabatda bildirilib ki, Həsən Ruhani hökumət başçısı olduğu dövrdə koronavirusa qarşı apardığı mübarizədə cəmiyyətə düzəldilməsi mümkünsüz olan maddi və mənəvi ziyan vurub. Onun hökuməti dövründə İran COVID-19-dan ölənlərin sayının yüksək olduğu dövlətlərdən biri olub.

Məsələ ilə bağlı Həsən Ruhani hələ ki açıqlama verməyib.(Report)



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər