Saytımızı qiymətləndirin


 
 

Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb
Tarix: 07-12-2018 | Saat: 11:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri işdən çıxarılılb.

"Qarabaginfo" "Report.az"ın Qarabağ bürosuna istinadən xəbər verir ki, şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov, şöbənin cinayət axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov və şöbənin kadrlar üzrə baş inspektoru, baş leytenant Firudin Ağayev tutduqları vəzifədən azad ediliblər. 

İşdən çıxan rəis müavinləri və bölmə rəisi vəzifələrinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Elçin Qasımov Tərtər RPŞ-yə rəis təyin olunub.



Xəbəri paylaş

564 dəfə oxunub.

Digər xəbərlər