Saytımızı qiymətləndirin


 
 

Xanlar Vəliyev “Tərtər işi"nə münasibət bildirib
Tarix: 01-11-2021 | Saat: 10:21
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Bakupost.az - Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: - “Nağıldır...”

““Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslər appelyasiya, sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Həm appelyasiya, həm də kassasiya mərhələlərində həmin şəxslərin bu cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvəsində saxlanıldı”.

Qarabaginfo.az xəbər verir ki, bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə - bir neçə gün ərzində olub - dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib. Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi”.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər