Saytımızı qiymətləndirin


 
 

Hikmət Mirzəyevin büstü hazırlandı- Özünə təqdim olundu - Fotolar
Tarix: 01-11-2021 | Saat: 10:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Hikmət Mirzəyevin büstü hazırlandı- Özünə təqdim olundu - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstü hazırlanıb.

Qarabaginfo.az Modern.az-a istinadla xəbər verir ki, büstü gənc heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zamik Rzayev yaradıb. O, əsərini Hikmət Mirzəyevə şəxsən təqdim edib.

Qeyd edək ki, XTQ komandanı Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. Prezident İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabrın 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli, Xocavənd və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

Heykəltəraş Z.Rzayev bir çox şəhidin xatirəsinə ucaldılmış heykəllərin müəllifidir. O, Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin barelyefini, Vətən Müharibəsi şəhidi Cavid Səfərlinin büstünü, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin, Vətən Müharibəsi şəhidi Nicat Şükürlünün heykəllərini hazırlayıb. Bundan əlavə, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir.

Rəssam həmin anın fotolarını sosial şəbəkə hesabında paylaşıb:

 

 

 

Hikmət Mirzəyevin büstü hazırlandı- Özünə təqdim olundu - FotolarHikmət Mirzəyevin büstü hazırlandı- Özünə təqdim olundu - Fotolar


Xəbəri paylaş

1527 dəfə oxunub.

Digər xəbərlər