Nərə balığı satan şəxs cəzalandırılıb
Tarix: 30-10-2021 | Saat: 19:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
1338 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-10-2021 | Saat: 19:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.
ETSN-dən Qarabaginfo.az-a verilən məlumata görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub:
"Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".
H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
23-09-2025, 08:27
Quterreş dövlət qurmağın fələstinlilərin haqqı olduğunu deyib
26-07-2022, 13:22
Ukrayna Rusiyaya xəbərdarlıq edib
26-10-2022, 16:31
Rusiya ordusu nüvə silahlarının təlimini keçirir
6-07-2026, 17:20
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
29-11-2019, 14:25
Dövlət Turizm Agentliyi: Azərbaycanda turizm polisinin yaradılması məsələsi gündəmdədir

















