Saytımızı qiymətləndirin


 
 

Son həftədə dünyada 3 milyondan çox insan COVID-19-a yoluxub
Tarix: 30-10-2021 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Son həftədə dünyada 3 milyondan çox insan COVID-19-a yoluxub

Sentyabrın sonlarından bəri ilk dəfə dünyada bir həftədə aşkarlanan koronavirusa yoluxma hallarının sayı 3 milyonu ötüb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, koronavirusdan ölüm halları da artıb: əvvəlki iki həftədə planetdə 50 mindən çox ölüm qeydə alınmamışdısa, son yeddi gündə say 53 mini ölüb.

Koronavirusa yoluxmada lider ölkə hələ də ABŞ-dır, hərçənd orada son həftədə yoluxma sayı, demək olar, 10% azalıb. İndi ölkədə gündəlik, təxminən, 70 min yoluxma halı qeydə alınır (sentyabrın əvvəlində bu rəqəm 190 mindən çox idi).

İkinci yerdə gündə, təqribən, 42 min yoluxma ilə Böyük Britaniya qərarlaşıb. Oktyabrın ortalarından bəri hər gün 30 mindən çox yoluxmanın təsdiqləndiyi Rusiya 3-cü yeri tutur. Şimal qonşumuzda son günlər bu hədd 40 mini də keçir.

İnfeksiyanın yayılma sürəti bütün Avropada artır. Ukrayna (gündə 26 mindən çox yoluxma), Rumıniya (təxminən 16 min), Bolqarıstan (6 min), Latviya (3,2 min) və Belarusda (2 min) yayılma tempi pik həddədir. Eləcə də İtaliya Almaniyada kəskin artımlar qeydə alınıb.



Xəbəri paylaş

229 dəfə oxunub.

Digər xəbərlər