Tarix: 29-11-2018 | Saat: 12:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiyanın Surqut şəhərinin hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
"Qarabağinfo" xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlıların "A24.az"a verdiyi məlumata görə, Rusiyada yerləşən hava limanlarına ad vermək üçün keçirilən səsvermənin nəticələri bəlli olub. Səsvermədə etimad göstərilənlərdən biri də Fərman Salmanovun adı olub. Bundan sonra Surqut hava limanı Fərman Salmanovun adını daşıyacaq.
Qeyd edək ki, bir müddətdir Rusiyada ölkənin bəzi hava limanlarına yeni adların verilməsinə dair internet üzərindən səsvermə keçirilir. Namizədlər arasında iki azərbaycanlının da adı yer alıb. Bu müddətdə Rusiyada yaşayan soydaşlarımız dünya azərbaycanlılarını səsvermədə fəal iştirak etməyə çağırıb.
Xatırladaq ki, Fərman Qurban oğlu Salmanov (1931-2007) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanıdır.
Digər xəbərlər