Tarix: 26-10-2021 | Saat: 08:23
Bölmə:Karusel / İdman | çapa göndər
2022-ci ldə keçiriləcək Pekin Qış Olimpiya Oyunlarına gedəcək idmançılar ölkəyə daxil olmadan ən azı 14 gün əvvəl yeni koronavirus infeksiyasına qarşı tam vaksinasiya olmalıdırlar. Əks halda idmançılar 21 gün karantində qalmalı olacaqlar.
Qarabaginfo.az xəbər verir ki, müvafiq tələb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında dərc edilmiş Pekində sanitar qaydalarının ilkin variantına göstərilib.
Qaydalarda göstərilir ki, tibbi səbəblərə görə peyvənd olunmayan idmançılar və nümayəndə heyətlərinin üzvləri üçün istisnalar edilə bilər.
Oyunların iştirakçıları öncə ölkələrində, daha sonra Pekin hava limanında koronavirus testi verəcəklər. Bundan başqa hər gün idmançılar və nümayəndə heyətlərinin üzvlərindən analiz nümunələri götürləcək.
Olimpiadaya yola düşməzdən 14 gün əvvəl sağlamlığınızın izlənilməsi üçün nəzərdə tutulan “My 2022” tətbiqini yükləməli və lazımi məlumatları ona daxil etməlisiniz. Qaydalarda göstərilməyən obyektlərdə olmaq isə qadağandır.
Digər xəbərlər