Saytımızı qiymətləndirin


 
 

Moskvada Əliyev-Putin-Paşinyan arasında görüş keçiriləcəyi xəbəri yayıldı
Tarix: 23-10-2021 | Saat: 15:25
Bölmə:Karusel / Sosial | çapa göndər

Putin-Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib

Qarabaginfo.az xəbər verir ki, agentliyin məlumatlnda Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüşün noyabrın ilk ongünlüyündə Moskvada keçirilə biləcəyi iddia olunur. Danışıqların yekunlarına görə, görüşdə üçtərəfli bəyanatın imzalanacağı da gözlənilir, xəbəri RİA Novosti məlumatlı mənbələrə istinadla məlumat yayıb.

"Bəli, belə bir görüşün keçiriləcəyi gözlənilir. Təxminən 8-9 noyabr tarixlərində, Moskvada", deyə agentliyin mənbəyi bildirib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanacağı gözlənilir.

"Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə bu problemin həllinin axtarışı üçün "yol xəritəsini" müəyyən edəcəklər. Həmçinin, regionda nəqliyyat kommunikasiyalarının açılması haqqında bəyanat qəbul ediləcəyi gözlənilir. Bu bənd hələ ötən ilin noyabrında üç ölkə liderinin qəbul etdiyi bəyanatda qeyd edilmişdi", deyə RİA Novosti-nin mənbəyi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl iki ölkə arasında yaxın zamanlarda iki sənəd imzalanacağı barədə xəbərlər yayılmışdı. 

(musavat.com)



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər