Tarix: 23-07-2022 | Saat: 21:59
Bölmə:Karusel / Dünya | çapa göndər
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Fransa Respublikasının Prezidenti Emmanuel Makronla 120 dəqiqəlik telefon danışığı aparıb.
Qarabaginfo.az xəbər verir ki, liderlər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq məsələlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyini müzakirə ediblər.
Rəisi İranın müxtəlif ölkələrlə siyasi və iqtisadi əməkdaşlığın nəzərə çarpacaq dərəcədə genişlənməsinə toxunaraq, ABŞ-ın İrana qarşı sanksiyalarını qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərli hesab edib.
Fransa prezidenti Emmanuel Makron İran İslam Respublikasının regional siyasi proseslərdəki rolunu vurğulayıb.
Fransa prezidenti həmçinin nüvə danışıqlarının yekunlaşmasında ölkəsinin rolunun davam etdiriləcəyini vurğulayıb.
Digər xəbərlər