Tarix: 18-10-2021 | Saat: 14:59
Bölmə:Karusel / Dünya | çapa göndər
Tbilisidə Gürcüstan və ABŞ-ın müdafiə nazirlikləri arasında saziş imzalanıb.
Qarabaginfo.az xəbər verir ki, sənədi müdafiə nazirləri – Cuanşer Burçuladze və Lloyd Austin imzalayıblar.
Saziş Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilib.
C.Burçuladze deyib ki, ABŞ-la möhkəm tərəfdaşlıq Gürcüstanın sabit inkişafı, həmçinin bölgədə sülh və təhlükəsizliyin qorunmasına imkan verir: “ABŞ-la strateji əməkdaşlıqda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşuq”.
Pentaqon rəhbəri isə öz növbəsində bildirib ki, ABŞ Gürcüstanı güclü strateji tərəfdaş kimi qiymətləndirir: “Bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimiz dəyişməz olaraq qalır. Biz Gürcüstanın müdafiə sektorunda institusional islahatları dəstəkləyəcəyik, ölkənin NATO ilə əməkdaşlıq potensialını gücləndirəcəyik və qarşılıqlı fəaliyyəti təşviq edəcəyik”.
Digər xəbərlər