Tarix: 14-10-2021 | Saat: 07:29
Bölmə:Karusel / Qarabağ | çapa göndər
44 günlük Vətən müharibəsindən sonra üçtərəfli sazişin imzalanmasının ardından Ermənistan və Rusiya KİV-i “dinc sakinlərin Qarabağa qayıdışı” barədə yorulmadan yazırdı. Biz isə Azərbaycan tərəfi olaraq anlayırdıq ki, onlar daimi yaşayış məqsədilə deyil, evlərini satıb getmək məqsədilə geri qayıdıblar.
Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.
“Ermənistanın “list.am”, “full.am” kimi daşınmaz əmlak saytları, eləcə də ixtisaslaşmış “Facebook” səhifələrinin monitorinqinə əsasən müəyyən olunub ki, cari ilin üçüncü rübünə olan vəziyyətə görə Xankəndidə 114, Xocavənd şəhərində isə 64 yaşayış yeri satışa çıxarılıb. Xankəndidə evlərin hər kvadratmetrinə görə orta qiyməti 600-650, Xocavənddə isə 600-800 dollar arasında dəyşir”, - deyə videomaterialda bildirlir.
Daha ətraflı “Caliber”in süjetində:
Digər xəbərlər