Saytımızı qiymətləndirin


 
 

Cərimə vəsaitlərinin 80 faizi İTSDA işçilərinin maaşına əlavə və mükafatlandırmaya xərclənəcək
Tarix: 13-10-2021 | Saat: 21:17
Bölmə:Karusel / Sosial | çapa göndər

Nazirler Kabineti kendli teserrufatlari ile bagli bu qərarda dəyişiklik etdi

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası təsdiq olunub.
Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla vəsait bu Qaydaya uyğun olaraq istifadə ediləcək. Vəsait dövlətin mülkiyyəti hesab olunur, Agentliyin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.
Vəsait “Tibbi sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən və maliyyə sanksiyalarından və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faizlərdən toplanılan vəsait hesabına formalaşdırılır. Maliyyə Nazirliyi vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı 4 qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Agentliyin müraciəti əsasında onun bank hesabına köçürülməsini təmin edir.
Agentlik müvafiq qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra, onun sərəncamında qalan vəsait Agentliyin Aparatının, onun idarə, filial və nümayəndəliklərinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına istifadə edilə bilər.
Vəsaitin işçilərin sosial müdafiəsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlər üzrə xərclənilir:
- işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi;
- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
- işçilərə maddi yardım göstərilməsi;
- işçilərin məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsi.
Vəsaitin Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlər üzrə xərclənilir:
- malların (işlərin və xidmətlərin) alınması;
- qeyri-maliyyə aktivlərinin alınması;
- maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində digər xərclər.
Vəsaitin 80 faizədək olan məbləği işçilərin sosial müdafiəsinə, o cümlədən həmin vəsaitin 50 faizindən az olmayan məbləği işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə, 30 faizindən çox olmayan məbləği isə işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, işçilərə maddi yardım göstərilməsi və işçilərin məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə, lakin hər ay üzrə Agentliyin işçilərin aylıq vəzifə maaşlarının 2 (iki) mislindən çox olmamaqla nəzərdə tutulur. Vəsaitin 20 faizədək olan məbləği Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir. Agentliyin işçilərinin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına əsasən həyata keçirilir.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər