Saytımızı qiymətləndirin


 
 

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı - Video
Tarix: 13-10-2021 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı

 

Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin  komandanı, general-leytenant Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi illərinə təsadüf edən videosu yayılıb.

Görüntülərdə Hikmət Mirzəyev xüsusi təyinatlı taborun komandiri kimi şəxsi heyət qarşısında çıxış edir. 

O, döyüşə gedəcək xüsusi təyinatlı taborun qarşısında bu sözləri deyir:

“Ürəklər yanır. Biz bu günləri taborun adından bir daha söz verməliyik. Azərbaycan milləti qarşısında, torpaqlarımızın, şəhid olan qardaşlarımızın, namusuna toxunulan ana-bacılarımızın qarşısında söz verməliyik. Torpaqlarımızın azadlığı uğrunda söz verməliyik. Burada duranlar hamısı ürəkli kişilərdir. Əsgər demirəm, kişilərdir. Getməmişdən əvvəl and mərasimi olacaq. Biz bir daha Azərbaycanımızı, millətimizi qorumağa and içəcəyik. Mən inanıram ki, bizim batalyon son sözünü orada deyəcək”.

Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

Qafqazinfo.az



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər
25-09-2020, 16:08 AQTA-dan toy açıqlaması