Saytımızı qiymətləndirin


 
 

Almaniya səfiri "Azərsu"nu şəffaflığa çağırır
Tarix: 12-10-2021 | Saat: 19:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Dövlət subsidiyalarından asılı olan və nəticə etibarilə yerli icmalarla təmas qura bilməyən, iqtisadiyyat üçün ağır yük olan iri şirkətlərin əhəmiyyətinə inanmırıq".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfang Manig Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

O bildirib ki, bazar iqtisadiyyatına inanır.

“Almaniyada ixtisaslaşmış şirkətlər öz sahələri üzrə fəaliyyət göstərməklə dünya öndərlərinə çevrilib. İnnovasiyaları təmin etmək üçün vəsait ayırmaq lazımdır. Almaniya şirkətlərini inandırmaq çətindir. Onlar deyirlər ki, struktur şəffaf olmalıdır, Ona görə Azərbaycandan olan tərəfdaşlara o cümlədən “Azərsu” ASC-yə səslənərək demək istəyirəm ki, gəlin səylərimizi birləşdirməklə şəffaf və təmiz içməli su təminatına nail olaq”, - o deyib.

virtualaz.org



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər