Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb
Tarix: 11-10-2021 | Saat: 14:17
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Baş Prokurorluq Ermənistanın Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb.

Qarabaqinfo.az-nın Baş Prokurorluğun saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 26 mülki şəxs həlak olub, 175 nəfər isə xəsarət alıb.

“Ermənistan silahlı qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub. Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq”, - deyə məlumatda qeyd olunur.  



Xəbəri paylaş

2263 dəfə oxunub.

Digər xəbərlər
2-03-2022, 12:50 Eldar Mahmudov vəfat etdi