Saytımızı qiymətləndirin


 
 

Laçında nə baş verir? – “İkinci variant mümkün deyil”
Tarix: 27-07-2023 | Saat: 11:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçında nə baş verir? – “İkinci variant mümkün deyil”

“Düşünmürəm ki, Ermənistan tərəfi belə bir ağılsız addım atıb “humanitar yüklər”in daşınması adı altında silahlı təxribatlara yol açsın. Amma Azərbaycanla razılaşdırılmadan “humanitar yüklər”in sərhədə göndərilməsinin ssenariləşdirilmiş tamaşa olmasına heç bir şübhəmiz yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert ötən gün İrəvandan Xankəndiyə göndərilən “humanitar yüklər”in sərhəddə qalmasına, habelə erməni tərəfinin “blokada” ilə bağlı həyata keçirdiyi manipulyasiyalara münasibət bildirib.

Ə. Verdiyev aydınlaşdırıb ki, bu yüklər heç bir halda Laçın sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazilərinə buraxılmayacaq:

“Biz daha əvvəl alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif etmişik və bu təklif hələ də qüvvədədir. Əgər Ermənistanın tərəfinin məqsədi Qarabağda yaşayan ermənilərə humanitar yük çatdırmaqdan ibarətdirsə, o zaman bunun hansı marşrutla olacağı İrəvan üçün heç bir əhəmiyyət daşımamalıdır. Xüsusilə də belə bir marşrut 15 iyulda keçirilən Brüssel görüşündə Ermənistanın diqqətinə çatdırılıb. Bu məsələ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də səsləndirilib”.

Müsahibimizin sözlərinə görə, indi Ermənistan tərəfi özünü bu məsələdə sanki xəbərsiz kimi aparsa da, bütün detallar hamıya məlumdur və rəsmi İrəvan sadəcə dünya ictimaiyyətinin diqqətini Laçın sərhəd-keçid məntəqəsinə yönəltmək üçün belə bir mənasız və perspektivsiz tamaşa quraşdırıb:

“Hadisələr fonunda səslənən bəyanatlar və verilən açıqlamalar qətiyyən Azərbaycanın fəaliyyətinə və davranışlarına təsir etməyəcək. Biz sözü bir dəfə deyirik və sonra da onun yerinə yetirilməsinə nail oluruq. Burada ikinci bir variant mümkün deyil. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu humanitar yüklər üçün daim açıqdır və bu yoldan istifadə olunmalıdır. Azərbaycana qarşı başqa variantlar və təzyiqlər indiyə qədər heç bir nəticə verməyibsə, bundan sonra da verməyəcək”.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər