Tarix: 07-10-2021 | Saat: 16:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Peyvəndlərin tərkibi ilə bağlı hər kəsin narahatlığını başa düşürük”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
Y. Qarayeva bildirib ki, “CoronaVac” peyvəndi tərkibi və istehsal platforması bizə çox aydın və açıq olduğu üçün ilk olaraq bu peyvənd seçilib və ölkəyə gətirilib: “Uzun illərdir, “Hepatit A” peyvəndi eyni fabrikdə eyni üsulla hazırlanır. Eyni şəkildə də koronavirusun peyvəndi eyni texnologiya ilə hazırlanmışdı. Digər tərəfdən, bundan sonra ötən il dekabr ayının sonlarında Türkiyəyə səfərimiz zamanı oradakı laboratoriyaların imkanından istifadə etmək üçün müraciət etdik. Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testlərdən keçirilir. Hətta o cavablar daxil olmadan Səhiyyə Nazirliyi tərəfindən vaksinlər istifadəyə verilmir”.
Digər xəbərlər