Saytımızı qiymətləndirin


 
 

“Polis telefonu əlimdən alıb, şəkli sildi” - İngilis jurnalist
Tarix: 05-10-2018 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Polis telefonu əlimdən alıb, şəkli sildi”

“Evening Standard”ın ingilis jurnalisti Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gəlib.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, matçdan sonra Olley Bakı metrosunda əhalinin sıx olduğu zaman şəkil çəkib və öz hesabında paylaşmaq istəyib. Jurnalist bildirib ki, polis onun əlindən telefonunu alaraq fotonu silib.

 Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, bu tamamilə qaydalara uyğundur. Metroda foto çəkib paylaşmağa icazə yoxdur: “Polis qanunla hərəkət edib. Əgər metrodan kimsə foto paylaşmaq istəsə, hüquq-mühafizə orqanları onun qarşısını ala bilər”.

Qeyd edək ki, oyunda "Arsenal" 3-0 hesabı ilə qalib gəlib.

 

 



Xəbəri paylaş

620 dəfə oxunub.

Digər xəbərlər