Saytımızı qiymətləndirin


 
 

“Nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik” - Arutyunyandan şok sözlər
Tarix: 06-10-2021 | Saat: 00:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik” - Arutyunyandan şok sözlər

“2006-cı ildə Artur Tovmasyan “Qarabağ məsələsində neft faktorunun rolu” mövzusunda dəyirmi masa keçirirdi, dəfələrlə demişdim: 2014-2015-ci illərdə müharibə başlaya bilər və əgər inkişaf o vaxtkı kimi olsa, nəinki Qarabağı, hətta Ermənistanı da itirəcəyik”.

Qarabaginfo.az erməni mediasına istinadla xəbər verir ki, bunu Xankəndindəki separatçı tör-töküntülərin sözdə lideri Araik Arutyunyan deyib.

O xatırladıb ki, həmin dəyirmi masada çıxışı konkret olub: “Çıxışımın məzmunu bu idi. Qazanmaq və ya məğlub olmamaq üçün yeganə amil Ermənistanın illik iqtisadi artımının ən azı 8%-ni təmin etmək olardı, çünki Azərbaycan 2007-2008-ci illərdə artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərini istismar etmiş və gündə 1,2 milyon barel neft hasil etməyə başlamışdı. O vaxtkı qiymət 70-80 dollar idi, bu da hər il ən az 30 milyard dollar təmin edirdi və təbii ki, Azərbaycan məsələni hərbi yolla həll etməyə hazır olduğu fürsətini qaçırmadı”.

Separatçı məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmaq məqsədilə deyib ki, iqtisadi artım və kifayət qədər silah ehtiyatları olsaydı, mübarizə də mümkün olardı: “Neft zirvəsi Azərbaycanda davam etdi, Ermənistanda isə 2008-ci ildə iqtisadi geriləmə 14% oldu. Daha sonra artım ən yaxşı halda 4-5% idi. 2016-cı il bizim üçün bir xəbərdarlıq oldu. Biz dünyaya qarşı mübarizə apardıq. Dünya gözləyirdi, hamı bu nəticələri gözləyirdi, çünki 2015 -ci ildən sonra təzyiq göstərərək problemin məlum bir variantla həll etməyə çalışdılar”./Teleqraf



Xəbəri paylaş

1435 dəfə oxunub.

Digər xəbərlər