Saytımızı qiymətləndirin


 
 

Fərid Qayıbov: "Bəzi federasiyalar legioner siyasətindən sui-istifadə edirlər
Tarix: 06-10-2021 | Saat: 00:07
Bölmə:Karusel / İdman | çapa göndər

 

Fərid Qayıbov: “İndi gördüklərinizi yalnız arzulaya bilərdik”
Fərid Qayıbov

"Cənab Prezident düzgün buyurdu ki, Tokio olimpiadasında əsasən təcrübəli idmançılar medal qazandı. O, müharibə vaxtı da bildirmişdi ki, nəyi nə zaman edəcəyini yaxşı bilir. İdmanda da belədir. Artıq ölkə başçısının verdiyi tapşırıqlar üzərində işlərə başlamışıq".

Qarabaginfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "CBC Sport" telekanalında yayımlanan "Təkbətək" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, artıq federasiyaların işi ilə maraqlanmağa başlayıblar: "Müəyyən çətinliklər var. Bütün dünyada idman inkişaf edir. Yeniliklərdən geri qalmamalı, onlardan istifadə etməliyik. Yeni olimpiya dövrünə qədəm qoymuşuq. Vaxtımız azdır. Amma digər tərəfdən tələsmək də olmaz. İşləri düzgün planlaşdırmalıyıq. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik".

F.Qayıbovun sözlərinə görə, gənc idmançılarla bağlı da problemlər var: "Uşaq idmanına daha çox fikir verməliyik. Görünür, problemlər oradan da qaynaqlanır. Federasiyalar əsasən milli komandalarla çalışırlar. Amma uşaq məktəblərindən, klublardan da idmançı götürməlidilər. Çatışmazlıqlardan nəticə çıxarmalıyıq".

Nazir dövlətin maddi-texniki baza problemlərini həll etdiyini vurğulayıb: "İndi mütəxəssislər üzərində işləməliyik. Elə idman növləri var ki, orada legionerlərdən istifadə olunub. Gənclər onlara baxıb öyrənirlər. Bizə bir neçə il vaxt lazımdır. Gələcəkdə ölkəmizdə də yaxşı mütəxəssislər yetişəcək. Bəzi federasiyalar legioner siyasətindən sui-istifadə edirlər. Məsələn, bəzi idmançılar deyirlər ki, milli komandaya düşə bilərdim, amma imkan vermədilər. Bunların hamısı araşdırılacaq".

F.Qayıbov Mariya Stadnik kimi idmançılara legioner kimi baxmadıqlarını söyləyib: "Dörd olimpiadada bizə medal qazandırıb. Belə legionerlərimiz də var. İnanıram ki, onlar gənclərimiz üçün çox yaxşı örnək olacaqlar".



Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər