Saytımızı qiymətləndirin


 
 

“Etiraz aksiyalarına daha az adam çıxır”  - Peskov
Tarix: 24-01-2021 | Saat: 19:25
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərin sayı qanunsuz etiraz aksiyalarına çıxanlardan xeyli çoxdur.

 

Qarabaginfo.az xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.

 

“İndi çoxları deyəcək ki, qanunsuz aksiyalara çoxlu adam çıxıb. Xeyr, az adam çıxdı, çox adam Putinə səs verir”, - deyə Peskov qeyd edib. Prezidentin mətbuat katibi xatırladıb ki, vətəndaşların çoxu Konstitusiyaya edilən düzəlişlərə də səs verib.

 

“Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, amma qanunsuz aksiyalarda iştirak etməyin qəti əleyhinəyəm, çünki orada başqa qiymətləndirmə ola bilməz: bu, qanunun pozulmasıdır”, - deyə Kremlin nümayəndəsi vurğulayıb. (Modern.az)

 


Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır