Saytımızı qiymətləndirin


 
 

Ermənistana Ukraynadan PUA-lar necə gətirilib? – “Mafioz adamları bu işə cəlb edə bilərlər” 
Tarix: 21-01-2023 | Saat: 14:01
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistana Ukraynadan PUA-lar necə gətirilib? – “Mafioz adamları bu işə cəlb edə bilərlər” 

“Ermənistana Ukraynadan PUA-ların gətirilməsi haqda deyilənlər doğrusu, mənim üçün anlaşılan deyil. Çünki Rusiya-Ukrayna müharibəsində Ermənistan Rusiyanı dəstəkləyir. Baxmayaraq ki, Ermənistan keçirdiyi tədbirlərdə Ukrayna bayrağını da İrəvan küçələrində qaldırıb. Ona görə də bu məlumatın nə qədər dəqiq olmasını yoxlamaq lazımdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Ukrayna Erməni İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Arutyunyan son açıqlamasında bəyan edib ki, onlar artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndəriblər:

“Mən təyyarələrlə göndərənləri tanıyıram. Onlar Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var, amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, eləcə də Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”.

Öz növbəsində, məsələyə münasibət bildirən polkovnik söyləyib ki, indiki həssas məqamda, eləcə də Ukrayna üçün son dərəcə vacib olan məsələlərdə, o cümlədən Ukrayna ordusu üçün hər bir güllənin, raketin və silahın önəmli olduğu bir vaxtda onların bir hissəsinin, ən əsas da PUA-ların Ermənistana göndəriləcəyini düşünmür.

O, ümid edir ki, yaxın günlərdə bu məsələlərə aydınlıq gətiriləcək və bunun reallıqdan bir qədər uzaq olması bildiriləcək:

“Hərçənd ki, Ermənistan ayrı-ayrı ölkələrdən həm dövlət xəttiylə, həm də özəl hərbi şirkətlər vasitəsilə müəyyən silah-sursat əldə etməyə çalışır və bu istiqamətdə aktiv iş aparılır. Təkcə Ermənistanın özü yox, ona havadarlıq edən Fransa, Rusiya, separatçılar və Ruben Vardanyan kimi oliqarxların köməkçiləri də bu istiqamətdə işləyirlər”.

“Ötən gün ABŞ-ın Almaniyadakı “Ramstein” hərbi bazasında Ukrayna ilə bağlı çox gərgin müzakirə aparıldı və orada müəyyən razılıqlar əldə olundu. Ona görə də hesab etmirəm ki, Polşa, yaxud başqa bir Avropa ölkəsi real döyüş əməliyyatlarının getdiyi bir vaxtda silah-sursatı üçüncü bir ölkəyə versin. Bu, bir qədər mənə həm qəribə gəlir, həm də reallıqdan bir az uzaqdır. Ola bilsin ki, bu, bir nəbz yoxlamasıdır, yaxud özlərinin guya hərbi potensialının artırılması ilə bağlı bir görüntü yaratmaqdır. Hər halda yaxın günlərdə bu məsələlərə yadınlıq gətiriləcək”, – ehtimallarını səsləndirib.

Ü. Cəfərov xatırladıb ki, vaxtilə İranın da Rusiyaya verdiyi “Şahed-136” PUA-larıyla bağlı məlumatları da əvvəllər dövriyyəyə buraxdılar, sonra isə bu, reallaşdırıldı:

“Bəlkə bu da həmin yolun bir növ təkrarıdır ki, belə bir arzu-istək var və bu, nə vaxtsa, reallaşacaq. Hər halda yaxın zamanlarda yaşayıb görərik”.

“Bizdə bir söz var: “puluna minnət”. Yəni Ruben Vardanyan pulunu sülhməramlıların komandanı general-mayor Andrey Volkova ödəyir və istənilən yükü Ermənistana və Qarabağa daşıtdırır. Bu gün erməni diasporunun oğru, yaxud doğru yollarla, narkotik vasitələrin ticarəti, silah alverindən əldə etdiyi milyonlar var ki, onu da dövriyyə buraxıb Ermənistan üçün silah-sursat əldə edə bilərlər” – əlavə edib.

Hərbi ekspertə görə, bu gün Ermənistanın öz ordusunu qurmaq üçün çox böyük silah-sursata və texnikaya ehtiyacı var:

“Ona görə də bu məlumatı istisna da etmək olmaz. Ermənilərin pulu var, amma ağlı yoxdur. Onlar düşünürlər ki, o pulla dünyanı idarə edə, senatorları ələ ala, yaxud mafioz adamları bu işə cəlb edə bilərlər. İndi də erməni lobbisində təmsil olunan şəxslərin müəyyən əlaqələri var ki, onlar bu əlaqələr vasitəsilə bu işləri həyata keçirirlər”.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər