Saytımızı qiymətləndirin


 
 

Məktəblər açıldı, yoluxma yenidən arta bilər?
Tarix: 04-10-2021 | Saat: 12:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məktəblər açıldı, yoluxma yenidən arta bilər?

Artıq ötən həftədən tədris müəssisələri fəaliyyətini bərpa edib. Müəyyən qaydalar əsasında təlim-tədris prosesinə davam edilir. Karantin qaydalarında müəyyən yumşalmalar da var. Artıq şənbə və bazar günləri də ictimai nəqliyyat işləyəcək.

Cəmiyyətdə müəyyən narahatçılıqlar var ki, bütün bu yumşalmalar yoluxma riskini artırar və sərt qapanmaya gedə bilərik. Maraqlıdır, bu yoluxuma riskinə nə qədər təsir edə bilər? 

Qarabaginfo.az xəbər verir ki, Tibb elmləri doktoru, professor Adil Qeybulla Yenisabah.az-a açıqlamasında yumşalmaların yoluxma riskinə təsir edə biləcəyini deyib:

“Yumşalmalar yoluxma riskinə təsir edə bilər. Amma hər halda biz buna getməyə məcbur idik. Artıq 2 il olacaq ki, hər şey iflic durumdadır. Epidemioloji vəziyyətə uyğun bütün bu qərarlar qəbul edilir. Nəzərə almaq lazımdır ki, xeyli insan vaksinasiya olunub. Vaksinasiya olunan, immunitet yaranan şəxs infeksiyaya yoluxma və digər insana yoluxdurmaq qabiliyyətinə malik deyil. Yəni zəncir orada qırılır”.

Həkimin sözlərinə görə, artıq kollektiv immunitetin yaranmasına yaxınlaşırıq: “Vaksinasiya olunmuş insanların çoxusu artıq xəstələnib və ya immunitet yaranıb. Bu qərarların qəbul edilməsi məntiqi görünür. Hər şey epidemioloji vəziyyətdən asılıdır. Vəziyyətlə əlaqədar olaraq yenidən sərt qərarlar verilə bilər. Hesab edirəm ki, yavaş-yavaş kollektiv immunitetin yaranmasına yaxınlaşırıq.

Virus yayılsa belə vaksinasiya olunanların sayı nə qədər çox olarsa, immunitet tez formalaşarsa, onun yayılması da azalacaq. Payızda infeksiyalar yayıla bilər. Çünki hər il soyuqdəymə xəstəlikəri olub. Lakin koronavirus olmayıb”.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər