Saytımızı qiymətləndirin


 
 

DSX İranla sərhəddə əməliyyat keçirdi - Saxlanılan var
Tarix: 30-09-2021 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitə­lərin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

 

DSX-dən Qarabaginfo.az-a bildirilib ki, sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

 

Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr tarixində Biləsuvar şəhəri, 15 sentyabr tarixində Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18140qram narkotik vasitəyə bənzər maddələr (15515 qram “heroin”, 375 qram “marixuana”, 310 qram “metamfetamin” və 2300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülmüşdür.

 

Sentyabr ayının 30-da saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərərkət edən bir nəfər şübhəli şəxs saxlanılıb.

 

Araşdırma zamanı qeyd olunan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyən­ləşdirilmiş, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram “heroin”, 300 qram “metamfetamin”, 700 qram “marixuana” və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülüb.

 

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

DSX sərhəd pozucusunu narkotiklə saxladı (FOTO) - Gallery Image

DSX sərhəd pozucusunu narkotiklə saxladı (FOTO) - Gallery Image DSX sərhəd pozucusunu narkotiklə saxladı (FOTO) - Gallery Image DSX sərhəd pozucusunu narkotiklə saxladı (FOTO) - Gallery Image DSX sərhəd pozucusunu narkotiklə saxladı (FOTO) - Gallery Image


Xəbəri paylaş

328 dəfə oxunub.

Digər xəbərlər