Saytımızı qiymətləndirin


 
 

Ermənistanda Müdafiə Nazirliyi və Baş Qərargah birləşə bilər
Tarix: 29-09-2021 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ermənistanda Müdafiə Nazirliyi və Baş Qərargah birləşə bilər

 

“Son günlər Ermənistanın Müdafiə Nazirliyində köhnə idarəetmə sisteminə qayıtmağın vacibliyi məsələsi, yəni Silahlı Qüvvələrin Baş Qərargahı ilə Müdafiə Nazirliyinin birləşdirilməsi müzakirə olunur”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

“Sözügedən birləşmə baş verərsə, Baş Qərargahın hazırkı sədri Artak Davtyan işsiz qalmayacaq. Belə ki, o, müdafiə nazirinin birinci müavini təyin olunacaq.

Bundan əlavə, bu dəyişikliklər fonunda Arşak Karapetyan bir neçə idarənin bağlanması barədə qərar da verib. Əldə etdiyimiz məlumata görə, bu idarələrdən biri Müdafiə Nazirliyinin nəzarəti altındadır. Nazirlik belə hesab edir ki, hərbi hissələrdə yoxlamaların aparılması üçün hərbi polis və istintaq orqanları kifayət edir. Sözügedən idarəyə isə ehtiyac yoxdur”, - deyə qəzet yazır.

 

 



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər