Saytımızı qiymətləndirin


 
 

Britaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb
Tarix: 15-01-2022 | Saat: 13:17
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Böyük Britaniyada real ÜDM noyabr ayında aylıq müqayisədə 0,9% artıb. Beləliklə, ölkədə real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki səviyyəni (2019-cu ilin fevral ayı) ilk dəfə üstələyib.

Qarabaginfo.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin ilkin məlumatlarına istinadən verdiyi xəbərə görə, noyabrda ölkədə real ÜDM istehsalının həcmi pandemiyadan əvvəlki göstəricini 0,7% üstələyib. Noyabrda xidmət sektoru real ifadədə 0,7%, istehsal 1%, tikinti sektoru isə 3,5% artıb. Xidmət və tikinti sektorları hər ikisi pandemiyadan əvvəlki səviyyənin 1,3% keçsə də, istehsal böhrandan əvvəlki dövrün göstəricilərindən 2,6% geri qalır.

Statistika İdarəsi qeyd edir ki, məlumatlarda düzəlişlərin olmadığı halda, 2021-ci ilin IV rübündəki real ÜDM istehsalı da pandemiyadan əvvəlki sonuncu rübün (2019-cu ilin IV rübü) göstəricisini üstələyəcək.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər