Tarix: 27-09-2021 | Saat: 11:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal jurnalistlərə açıqlamasında deyib.
Ş.Seqal bu gün Qarabağ müharibəsində həyatın itirmiş şəhidləri yad etdiklərini bildirib: “Şadıq ki, bu müharibə başa çatıb və nəhayət Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu gün xatirəsini andığımız şəhidlərimiz olmasa idi bu, qeyri-mümkün olardı. Yəhudi icması olaraq Azərbaycanın tərkib hissəsiyik və ölkədə baş verənlərdə iştirak edirik, bu ölkənin vətəndaşlarıyıq.
Bu gün səhər həmçinin yəhudi məktəblərində şəhidlərin ruhu anılıb”.
Şəhidlərimizin cənnətdə olduğuna inandığını deyən baş ravvin valideynlərini itirmiş uşaqlar, uşaqlarını itirmiş valideynlər, həyat yoldaşlarını itirmiş qadınlar, övladlarını itirmiş valideynlər üçün də dua etdiklərini vurğulayıb.
“Mən əminəm ki, şəhidlərimiz bu gün səmadan bizi izləyir və sevinirlər ki, biz onları unutmuruq. İnanmıram ki, dünyada Azərbaycan qədər multikultural ölkə yoxdur, hansı ki, bu gün müxtəlif dinlərə etiqad edənlərin bir yerdə şəhidləri anmasının şahidiyik. Bütün sinaqoqlarda, məscidlərdə və kilsələrdə şəhidlərin xatirəsi yad edilir.
İnsan bu dünyadan köçəndə onun qəlbi bizimlə yaşayır, bizim hər atdığımız addımda bizimlə qalır.
Mən bu gün hər kəsi dua etməyə çağırıram. Əminəm ki, Azərbaycan bundan sonra ancaq inkişaf sahəsində qalib olacaq", - o bildirib.(Apa)
Digər xəbərlər