Tarix: 26-09-2021 | Saat: 13:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Qarabaginfo.az-a bildirib ki, sentyabrın 25-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən Hikmət Şükürov, Elçin Əliyev, Natiq Cabbarov, Camaləddin Qasımov, Seyfulla Cabbarov, Zamin Qaraye, Firuz Axundov, Niyaməddin Salahov, Baxşeyiş Səmədov, Murad Əliyev və Ramiz Bəndalıyevi saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb.
Digər xəbərlər