Saytımızı qiymətləndirin


 
 

Nazir: “Ümid edirik ki, UNESCO işğaldan azad edilmiş Azərbaycan ərazilərinə missiya məsələsini siyasiləşdirməyəcək”
Tarix: 25-09-2021 | Saat: 14:54
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub | Hafta.az

 

UNESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir.

Qarabaqinfo.az-ın məlumatına görə bu barədə mədəniyyət naziri bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya onlara çatdırılıb: “Məsələ hazırda UNESCO tərəfindədir. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın".



Xəbəri paylaş

2343 dəfə oxunub.

Digər xəbərlər