Şuşanın bu qəsəbəsində qanunsuz olaraq 56 erməni yaşadığı bilindi...-FOTOLAR
Tarix: 23-09-2021 | Saat: 13:21
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1378 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-09-2021 | Saat: 13:21
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Üstəlik, bu məntəqəyə 44 günlük savaşdan sonra Laçın, Qubadlı və Ağoğlandan gəlmiş alilələr yerləşdirilib..."
“Avqustun sonunda Azərbaycan hərbçiləri Rusiya hərbi kontingenti komandanlığından sözügedən qəsəbədə 10 noyabr razılaşmasına zidd olaraq qanunsuz yerləşdirilmiş erməni “polis” postunun yığışdırılmasını tələb edib…”
Azərbaycan Respublikasının Şuşa rayonunun Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin də ermənilər kimi “Lısaqor” adlandırdığı Turşsu qəsəbəsində qanunsuz olaraq 56 erməni məskunlaşıb. 44 günlük müharibədən sonra köçənlərin hamısı tədricən qəsəbəyə qayıdıb.

Moderator.az xəbər verir ki, bu, erməni mediasının qəsəbənin qeyri-qanuni “icma rəhbəri” Qagik Nasibyana istinadla yaydığı məlumatdan bəlli olub..
“Hakari(Qubadlı rayonu Həkəri kəndi-S.L.), Kirsavan(Laçın rayonu Köhnəkənd kəndi) və Qadrutdan(Ağoğlan) olan 3 köçkün ailə də Lısaqorda məskunlaşıb. Müharibədən sonra 8 şagirdin təhsil aldığı kənd məktəbi təmir edilib. Uşaq bağçamız yoxdur, amma kənddə bağça yaşlı 7 uşaq var. Bələdiyyə binası və ziyafət zalı mebellə təchiz olunmayıb. Təcili yardım məntəqəmiz, mədəniyyət ocağımız var. Qəsəbəyə elektrik və qaz verilir. Su problemimiz var - yeni bir mənbə tikilməlidir. Kənd yolları yaxşı vəziyyətdədir. Müharibə zamanı kəndin demək olar ki, bütün evləri qismən zədələnmişdi. Hazırda təmir işləri davam etdirilir ” – deyə Q.Nasibyan biildirib.
Qeyri-qanuni erməni sakinlərin işlə təmin olunmasından danışan qanunsuz “rəhbər” müharibə bitdikdən dərhal sonra kəndə qayıdan 16 ailəyə arı pətəkləri və ev heyvanı verildiyini və bunun qəsəbədə heyvandarlığın və əkinçiliyin inkişafı üçün ilkin şərtlər yaratdığını söyləyib.
Xatırladaq ki, sovet dövründə - işğaldan öncə heç bir erməninin yaşamadığı Turşsu qəsəbəsi Şuşa şəhərindən hava xətti ilə təxminən 9-10 km məsafədə - Şuşa-Laçın-Gorus yolu üzərində, yəni Rusiya hərbçilərinin nəzarət etdiyi "dəhliz"də yerləşir...
Avqustun sonunda Şuşa rayonundakı Azərbaycan hərbçiləri Rusiya hərbi kontingenti komandanlığından sözügedən qəsəbədə 10 noyabr razılaşmasına zidd olaraq qanunsuz yerləşdirilmiş erməni “polis” postunun yığışdırılmasını tələb edib(bax: //moderator.az/qarabagh/391411/azerbaycan-susanin-turssu-qesebesindeki-ermeni-postunun-yiisdirilmasini-teleb-etdi/). Nəticə haqda dəqiq məlumatımız yoxdur...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
13-09-2021, 16:53
Ramin Bayramlının atasından açıqlama: "Sübut göstərsinlər ki, rüşvətlə iş görüb" (MÜSAHİBƏ)
15-06-2023, 12:56
"The New York Times": ABŞ və İran yeni razılaşma üzərində işləyir
1-10-2021, 11:08
İran səfirliyi önündə etiraz edən gənclər polisə çağırılıb
29-12-2017, 11:34
Müdafiə naziri: “Aprel döyüşləri Azərbaycan ordusunun regionda ən güclü ordu olduğunu sübut etdi
29-01-2022, 10:57
Fələstin və İsrail arasında toqquşma: Onlarla insan xəsarət aldı
29-04-2026, 13:54
BMT: İranda ABŞ və İsraillə müharibə başlayandan 21 nəfər edam edilib, 4000 nəfər həbs olunub
17-09-2018, 17:23
General Lənkərana gedəcək
12-04-2022, 09:58
"Azov" alayı: Rusiya Mariupolda kimyəvi silahdan istifadə edib
27-06-2021, 12:51
“Uçan boşqab”lar milli təhlükəsizlik üçün təhdid elan edildi



















