Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlı hakerlərdən separatçılara unudulmaz DƏRS – Nazirliyin saytını darmadağın etdilər
Tarix: 22-09-2021 | Saat: 19:31
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanlı hakerlərdən separatçılara unudulmaz DƏRS – Nazirliyin saytını darmadağın etdilərprint sharing button

Azərbaycanlı hakerlər qondarma rejimin Əmək, Sosial və Miqrasiya Məsələləri Nazirliyinin rəsmi saytını darmadağın ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Qondarma Nazirliyin mətbuat katibi Ani Tovmasyan saytın haker hücumundan sonra işləmədiyini deyib:

“Düşmən xüsusilə bayram günlərində bu cür haker hücumları həyata keçirir. Mütəxəssislər problemin ən qısa zamanda aradan qaldırılması üçün çalışırlar” – deyə Tovmasyan vurğulayıb.

Ermənilər hələ də anlamırlar ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu torpaqlarda qondarma rejimə məxsus bayraq asıla və ya dövlət qurumu fəaliyyət göstərə bilməz. Əgər göstərəcəksə, o zaman aqibəti bu cür olacaq. Azərbaycan hərbçisi Qarabağda, hakerləri isə internet üzərində qondarma rejimə aid  nə varsa məhv edəcək.



Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər