Saytımızı qiymətləndirin


 
 

BANM-ə yeni mətbuat katibi təyin olunub
Tarix: 21-09-2021 | Saat: 16:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub

Bu barədə BANM-dən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Kamal tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.

Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV-in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər
12-03-2022, 12:55 Bazar gününün HAVASI